Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, 29–31 oktyabr tarixlərində istismar müddəti bitmiş və istifadəyə yararsız olan döyüş sursatları təhlükəsizlik qaydalarına əməl edilməklə Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv ediləcək.
Gencexeber.az-a nazirlikdən bildirib ki, bu proses zamanı partlayış səsləri eşidilə bilər.
Qurum əhalini təlaşa düşməməyə çağırıb və narahatlığa heç bir əsas olmadığını vurğulayıb.