Minaya düşən şəxs Gəncəyə gətirilib. Bu haqda 27 dekabr tarixində Azərtac-a istinadən məlumat veririk.
Ötən gün Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 41 yaşlı əməkdaşı Zaur Eldar oğlu Mahmudov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Ona bütün zəruri ilkin tibbi dəstək göstərilib. Daha sonra vətəndaş Gəncə Klinik Xəstəxanasına təxliyə olunub.
Bildirilir ki, hazırda onun vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.