Gəncədə futbolla bağlı iclas keçiriləcək. Bu haqda 1 mart tarixində Report-a istinadən məlumat veririk.
AFFA İcraiyyə Komitəsinin iclası Gəncə Futbol Akademiyasında baş tutacaq. Toplantı bu gün, 1 mart tarixində saat 11:00-da təşkil olunacaq. Burada AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixi müəyyənləşdiriləcək və digər məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, yeni tikilmiş Futbol Akademiyasının açılışı gələn həftə olacaq.