Gəncədə universitet əməkdaşları təltif olunublar. Bu haqda 28 dekabr tarixində ADAU-ya istinadən məlumat veririk.
Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə Azərbaycan Dövlət Aqrar Universitetinin üç nəfər əməkdaşına elmi ad verilib. Təhsil müəssisəsinin Dillər kafedrasının nümayəndəsi Vəsilə Vəliyeva və Biologiya kafedrasının müəllimi İlahə Əliyeva dosent elmi adına layiq görülüblər. Bundan başqa, Biologiya kafedrasının əməkdaşı Könül Həsənovaya biologiya elmləri üzrə fəlsəfə doktoru elmi adı verilib.
Onların diplomları universitet Elmi Şurasında rektor Zəfər Qurbanov tərəfindən təqdim olunub.