Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) cari qəbul ilində bakalavriat səviyyəsi üzrə 37 ixtisas üzrə tələbə qəbulu elan edir.
Gencexeber.az bildirir ki, 2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 11–19 avqust tarixlərində aparılacaq.
İxtisas seçimi günlərində ADAU-da Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərəcək. Abituriyentlər və onların valideynləri mərkəzə müraciət edərək universitetin peşəkar əməkdaşlarından ödənişsiz məsləhət və dəstək ala bilərlər.