“Gəncə” VK-nın rəqibi ilə növbəti oyunu baş tutacaq. Bu haqda 19 fevral tarixində voleybol federasiyasına istinadən xəbər veririk.
Qadınlardan ibarət voleybol klubumuz “Abşeron” komandası ilə mübarizə aparacaq. Matç Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Görüş 20 fevral tarixində 18:00-da keçiriləcək. Oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.