Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yeni təyinat olub. Bu haqda 16 fevral tarixində Birləşmiş Xəstəxanaya istinadən xəbər veririk.
Abbas Səhhət adına Xəstəxanaya ümumi cərrah cəlb olunub. Söhbət Sənan Ramiz oğlu Abbasovdan gedir.
Həkim 1988-ci ildə Ağcabədi rayonunda anadan olub. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt vəzifəsində çalışıb. O, 2018-2023-cü illərdə Gəncə ŞBX-nin nəzdindəki Abbas Səhhət adına Xəstəxananın Cərrahiyyə şöbəsində rezidentura kursunu bitirib. Daha sonra Türkiyə Respublikasının Samsun şəhərində yerləşən Ondokuz Mayıs Universitetinin ümumi cərrahiyyə üzrə təkmilləşmə kursunu keçib.