Gəncədə təhlükəli vəziyyət yaşayan uşaq xilas edilib. Bu haqda 31 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Doqquz yaşlı Y.Quliyev binanın həyətində oynayarkən qəflətən dərinliyi təqribən 7 metr olan boş su anbarına yıxılıb. Hadisə yerinə FHN-nin Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.
Xilasedicilər tərəfindən uşaq anbardan çıxarılıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
[modula id="54079"]