Gəncədə bir nəfər özünə qəsd edib. Bu haqda 5 aprel tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 78 yaşlı Mübariz Teymurov yaşadığı evin həyətində özünü asaraq öldürüb. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.