Göygöl rayonunda 68 yaşlı kişi qəbiristanlıqda ölüb.
Oxu.аz xəbər verir ki, hadisə Balçılı kəndinin ərazisində yerləşən qəbiristanlıqda baş verib.
Kənd sakini, 1957-ci il təvəllüdlü Nürəddin Cəfərqulu oğlu Xəlilov yaxınlarının məzarını ziyarətə gedərkən qəfil təzyiqi yüksəlib. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.