Gəncədə məktəbli özünü oldürüb. Bu haqda 9 fevral tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi intihar edib. Söhbət Ağamir Azər oğlu Məmmədovdan gedir.
Məktəbli bu gün günorta saatlarında yaşadığı evdə özünə qəsd edib. Onun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.