top
54 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib
27 sentyabr 2025, 15:57
- +

54 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib

Şəmkir rayonunda 54 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 

Demokrat.az xəbər verir ki, hadisə bu ilin mayın 3-də, ər-arvadın birgə yaşadıqları evdə baş verib. 1971-ci il təvəllüdlü Həbib həyat yoldaşı Zahirə ilə mübahisə edib. Mübahisəyə səbəb qadının gecə evə gəlməməsi olub. Əsəbiləşən kişi həyat yoldaşının baş nahiyəsinə yumruq zərbələri endirib.

Hadisədən sonra Həbibin barəsində Cinayət Məcəlləsinin 128-ci — yəni qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilib. O bildirib ki, həyat yoldaşı gecələr təbii ehtiyacını evdəki qabda ödəmədiyi üçün dəfələrlə irad bildirib. Hadisə günü bu məsələ üzündən yenidən aralarında mübahisə yaranıb və həmin an əsəbiləşərək arvadını döyüb.

Zərərçəkmiş Zahirə isə ifadəsində deyib ki, hadisədən bir gün əvvəl ərinə zəng edərək gecəni qızının evində qalacağını bildirib. Həbib buna razılaşıb. Lakin ertəsi gün qadın evə qayıdarkən, ərinin etirazı və iradı ilə qarşılaşıb, daha sonra isə onun tərəfindən döyülüb.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Həbibə 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Məhkəmə qərarına əsasən, o, bu müddət ərzində Şəmkir rayonunun hüdudlarını, həmçinin gecə saat 23:00-dan səhər 07:00-dək evini tərk etməməlidir. 

Bundan əlavə, təqsirləndirilən şəxsə elektron nəzarət vasitəsi taxılıb. O, həmin cihazı işlək vəziyyətdə saxlamalı, yaşayış yerini məhkəmənin icazəsi olmadan dəyişməməli və iş və ya təhsil yerində baş verən dəyişikliklər barədə əvvəlcədən nəzarət orqanını məlumatlandırmalıdır.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə Nizami kinoteatrının qarşısı zülmət qaranlıq olur

Bütün xəbərlər
Dünən, 17:26

Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadılıb

Bütün xəbərlər
Dünən, 16:34

Gəncədə yeniyetməni vuran sürücü hadisə yerindən qaçıb

Bütün xəbərlər
Dünən, 16:00

"Kəpəz" yoluna Donqosuz davam edəcək

Bütün xəbərlər
Dünən, 15:13

Gəncəli tələbə beynəlxalq turnirin qalibi oldu

Bütün xəbərlər
Dünən, 14:26

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:00

45 yaşlı kişini inək vurub - Müalicəsi davam edir

Bütün xəbərlər
Dünən, 13:21

Məhsəti qəsəbəsində antisanitar vəziyyət yaranıb

Bütün xəbərlər
Dünən, 10:55

Gəncədə yaşayış evində yanğın olub – Ölən var

Bütün xəbərlər
Dünən, 10:33

Gəncədə kişi evində ölü tapıldı

Bütün xəbərlər
Dünən, 10:04

Gəncədə natəmizliyə yol açan problem aradan qaldırılıb

Bütün xəbərlər
Dünən, 09:38

Ana oğlunu öldürən ərini bağışladı — "İkisi də..."

Tarix
Dünən, 09:00

Əmir Teymurun sərkərdəsinin adı ilə bağlı qədim Gəncənin Allahdad məhəlləsi

Bütün xəbərlər
25 mart 2026, 17:21

Yeni Gəncə qəsəbəsinin sakinləri boğaza yığılıb

Bütün xəbərlər
25 mart 2026, 15:31

Göygöldə yük avtomobili qəzaya düşüb

Bütün xəbərlər
25 mart 2026, 14:45

Gəncədə qadın körpüdən yıxılıb

Bütün xəbərlər
25 mart 2026, 13:58

Dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
25 mart 2026, 11:29

Yeniyetmənin əlində pirotexniki vasitə partlayıb, barmağı amputasiya olunub

Bütün xəbərlər
25 mart 2026, 10:59

Yük və minik maşını toqquşdu, 1 nəfər yaralandı

Bütün xəbərlər
25 mart 2026, 10:41

Gəncədə şahmat üzrə ölkə çempionatının finalı başladı

Bütün xəbərlər
25 mart 2026, 09:49

Evdə 60 yaşlı kişinin meyiti tapılıb

Bütün xəbərlər
25 mart 2026, 09:34

FHN gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
24 mart 2026, 18:00

Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
24 mart 2026, 17:04

Maşın dərəyə aşdı, sürücü öldü

Oxşar xəbərlər