Gədəbəydə 53 yaşlı kişi döyülüb.
Teleqraf.аz xəbər verir ki, 1972-ci il təvəllüdlü Eldar Qasımov müxtəlif bədən xəsarətləri ilə öncə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərindəki tibb müəssisələrindən birinə yerləşdirilib.
E.Qasımova tibbi yardım göstərilib, vəziyyəti kafidir. O, ilkin ifadəsində tanımadığı şəxs tərəfindən döyüldüyünü deyib.
Faktla bağlı araşdırma aparılır.