Gəncədə bir qadının başına iş gəlib. Bu haqda 8 aprel tarixində FHN-ə istinadən məlumat veririk.
Şəhər ərazisində supermarket daxilində fəaliyyət göstərən çörəkbişirmə sexində bir nəfərin əli xəmirqarışdıran qazanda sıxılaraq qalıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət daxil olub.
Hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər. Məlum olub ki, 49 yaşlı Z.Ağayeva xəmirqarışdıran qazanı təmizləyərkən ehtiyatsızlıqdan əli qabin içində ilişib qalıb. Xilasedicilər müvafiq tədbirlər nəticəsində qadının əlini oradan çıxarıblar.