top
45 ildir Gəncə paxlavasını sənətinə çevirən Dürdanə xanım
Video
17 mart 2026, 11:03
- ↺ +

45 ildir Gəncə paxlavasını sənətinə çevirən Dürdanə xanım

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

71 yaşlı Gəncə paxlavası ustası Dürdanə xanım bu unikal şirniyyatın hazırlanma qaydasını redaksiyamızla bölüşüb.

Gencexeber.az məlumat verir ki, artıq 45 ildir Gəncə paxlavasının hazırlanmasını sənətinə çevirən Dürdanə xanımın əl əməyi təkcə şəhərimizdə deyil, ölkənin müxtəlif bölgələrində də tanınır və rəğbətlə qarşılanır.

Gəncə paxlavasının hazırlanma qaydası belədir:

Əvvəlcə qoz ləpəsi qabıqdan təmizlənir. Bunun üçün ləpələr sobaya qoyulur. İsindikdən sonra cıqqıltı səsləri gəlməyə başlayır. Həmin vaxt qoz ləpələri isti suya salınır və qabıqları daha rahat soyulur. İçliyin hazırlanması üçün qoz ləpəsi çəkəndən keçirilir və alınan 2 kiloqram qoz kütləsinə 1 kiloqram 800 qram şəkər tozu əlavə olunur.

Növbəti mərhələdə xəmir yoğurulur. Bir qədər dincəldikdən sonra xəmir 10 kündəyə bölünür.

Daha sonra mis məcməyi yağlanır. Oxlovla yayılan birinci və sonuncu kündə digərlərinə nisbətən daha qalın və böyük diametrdə hazırlanır. Birinci qat salındıqdan sonra üzərinə isti yağ tökülür və ikinci qat yerləşdirilir. Sonrakı qatların arasına isə paxlavanın içliyi əlavə olunur.

Bundan sonra xəmir eyni ölçüdə hissələrə bölünür. Paxlavalar zövqə uyğun şəkildə bəzədilir. Rəng verildikdən sonra künclərinə xaş-xaş qoyulur, üstü isə qoz və badamla bəzənir.

Şərbətin hazırlanması üçün gülab (bir yarım stəkan), su (bir stəkan), şəkər tozu (yarım kiloqram), iki dilim limon və bir qaşıq bal qarışdırılır.

Bişirmə mərhələsində əvvəlcə ocaq qalanır və paxlavanın alt hissəsi közün üzərində bişirilir. Bu zaman dilimlər bıçaqla bir-bir ayrılır və aralarına ümumilikdə bir yarım stəkan qaynar yağ tökülür. Alt hissə bişdikdən sonra məcməyi közün üzərindən götürülərək yaş əski üzərinə qoyulur. Məqsəd paxlavanın altının yanmasının və qaralmasının qarşısını almaqdır. Üst hissənin bişməsi üçün isə məcməyi tiyanla örtülür və üzərinə köz qoyulur.

Təxminən yarım saat sonra paxlavalar aralanmağa başlayır. Bu zaman közün üstündə qaynadılmış şərbət qaşıqla az-az paxlavanın üzərinə tökülür.

Qeyd edək ki, 3 kiloqramlıq məcməyidə dədə-baba üsulu ilə hazırlanan paxlavadan 65 ədəd çıxır. Daha xırda kəsildikdə isə bu say 75-78 ədədə qədər artır. Bu isə tamamilə zövqdən asılıdır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Bu gün, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Bu gün, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Bu gün, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Bu gün, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Oxşar xəbərlər