Gəncə Dövlət Universitetində 1980-ci ildə Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasını bitirmiş məzunlar 45 ildən sonra doğma ali təhsil müəsisəsində görüşüblər.
Gencexeber.az bildirir ki, görüş məzunların təhsil aldıqları ikinci tədris korpusunda keçirilib.
Görüşdə məzunlarla eyni ildə Fizika-riyaziyyat fakültəsinin fizika ixtisasını bitirmiş və hazırda Universitetdə Fizika kafedrasının müdiri vəzifəsində çalışan Yəhya Namazov da iştirak edib.
Sonda məzunlar xatirə şəkli çəkdiriblər.
