Tovuz rayonunda 44 yaşlı kişi küçədə ölüb.
Oxu.аz xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Anar Əsgərovun kənd ərazisində meyiti tapılıb.
Araşdırmalarla məlum olub ki, A.Əsgərov kənddə olarkən qəfil ürək çatışmazlığından dünyasını dəyişib.
Meyit aidiyyəti üzrə təhvil verilib.