Gəncədə bir nəfər itkin düşüb. Bu haqda 16 aprel tarixində Apa-ya istinadən məlumat veririk.
Söhbət 37 yaşlı şəhər sakini Osman Həsənovdan gedir. Yaxınları bildirirlər ki, aprelin 14-dən bəri onunla əlaqə saxlaya bilmirlər.
Həsənovun son olaraq, Nizami məqbərəsi yaxınlığında “Mercedes Vito” markalı mikroavtobusdan düşdüyü və naməlum istiqamətdə getdiyi deyilir.
Sözügedən şəxsi görənlərdən (070) 220 21 20 nömrəsi ilə əlaqə saxlamarı xahiş olunur.
Qeyd edək ki, itkin düşən sakin ailəlidir və 1 övladı var.