Qazaxda orta yaşlı kişi dəm qazının qurbanı olub.
Gencexeber.az-ın məlumatına görə, Qazax rayon sakini, 1992-ci il təvəllüdlü Eyyub Ocaqverdiyev yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Yaxınlarının köməyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.