Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XI sinfini bitirən məzunlara "Son Zəng" tədbirlərində tam orta təhsil haqqında attestatlar təqdim edilib.
Gencexeber.az bildirir ki, regional idarənin nəzdində olan məktəblərin 315 məzunu təhsil ocaqlarını fərqlənmə attestatı ilə bitiriblər.