Gəncədə təyinat olub. Bu haqda 7 dekabr tarixində Şəhər Birləşmiş Xəstəxanasına istinadən məlumat veririk.
Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) Dəstək Xidmətləri şöbəsinin yeni müdiri açıqlanıb. Bu vəzifə Nihal Əlizadəyə həvalə olunub.
Nihal Arif oğlu Əlizadə 17 aprel 1993-cü ildə Gəncədə anadan olub. Türkiyənin Ömer Haliesdemir Univesitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr, Marketinq və istehsalatın idarə edilməsi ixtisasında isə magistratura pilləsini bitirib. Hazırda həmin ixtisas üzrə doktorantura təhsili alır.
Qeyd edək ki, bundan öncə Nihal Əlizadə Gəncə ŞBX-də Arxiv bölməsinin müdiri vəzifəsində çalışırdı.