Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 17 aprel tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Şəhərimizdə köməkçi tikililərdən birinin yanar konstruksiyaları alışıb. Nəticədə ümumi sahəsi 30 kvadratmetr olan köməkçi tikili yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.