Gəncədə intihar hadisəsinin təfərrüatları açıqlanıb. Bu haqda 23 aprel tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Ötən gün 28 yaşlı gəncin özünü güllələməsi barədə xəbər paylaşmışdıq. Xudadat Rəfibəyli küçəsində yaşayan Məzahir Nuriyevin intihar səbəbi məlum olub.
İlkin məlumata əsasən, o, borc səbəbindən özünə qəsd edib. Bildirilir ki, Nuriyev maşın alveri ilə məşğul olub. İddiaya görə, sonuncu dəfə ona avtomobil gətirən şəxs pulları da götürərək mərhumu aldadıb və o borca düşüb.