Gəncədə yerləşən növbəti əmlaklar satışa qoyulur. Bu haqda 14 fevral tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.
Fevralın 22-si saat 11:00-da daha bir hərrac təşkil olunacaq. Burada Vergi ödəyicilərinin siyahıya alınmış əmlakları satılacaq. Onların arasında iki avadanlıq şəhərimizdən hərraca qoyulur. Həmin əmlaklar aşağıdakılardır:
- 200 ədəd elektrikli arıqlama kəməri. İlkin satış qiyməti 4800 manat. Avadanlıq Gəncə şəhəri, 1-ci paralel, ev 125 ünvanında yerləşir. Əlaqəli şəxs Mirzəyev Raufdur (050 254 39 41).
- “ADASTDOBRUSKA” çap maşını. İlkin satış qiyməti 6400 manat. Avadanlıq Ruzigar Qasımov, ev 2-D/13 ünvanında yerləşir. Əlaqəli şəxs Mirzəyev Raufdur (050 254 39 41).
Son müraciət tarixi 16 fevraldır. Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanının 2-ci mərtəbəsində keçiriləcək. Ətraflı məlumat almaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:
https://shorturl.at/zJPY8 .