Gəncədə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılır. Bu haqda Gencexeber.az-a yanvarın 20-si məlumat daxil olub.
Sakinlər bu gün səhər saatlarından etibarən şəhərin Şəhidlər xiyabanına gəliblər. Burada Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri də iştirak ediblər.
Xiyabanda şəhid məzarları ziyarət olunub. Qəhrəmanların əziz xatirəsinə dualar oxunub, qəbirləri önünə gül dəstələri düzülüb. 20 Yanvar faciəsi abidəsinin önünə əklillər qoyulub.
Saat 12:00-da bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi anılıb.
[modula id="53480"]