Gəncədə bir nəfərdə nadir hallarda aşkarlanan xəstəlik üzə çıxıb. Bu haqda 12 dekabr tarixində Xezerxeber.az-a istinadən xəbər veririk.
Şəhər sakini 19 yaşlı qız appendisit şübhəsilə xəstəxanaya müraciət edib. Məlum olub ki, gənc qiz "vampir" kimi tanınan "porfiriya"ya yoluxub.
Həkimin sözlərinə görə, hazırda xəstənin vəziyyəti yaxşıdır. O, evə buraxılıb.
Qeyd edəki ki, bu xəstəlik il ərzində dünyada 10 milyonda 1 nəfərdə aşkarlanır. “Porfiriya” xəstəliyinə yoluxan şəxslər bir il ərzində nəzarətdə saxlanmalıdılar.