Gəncədə zəhərlənmə faktı qeydə alınıb. Bu haqda 17 yanvar tarixində Apa-ya istinadən xəbər veririk.
Söhbət 18 yaşlı gənc oğlandan gedir. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, Məhəmməd İmanzadə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Onun vəziyyətinin kafi olduğu bildirilir.