top
11 yaşlı qıza zorakılıq edilib? - DİN-dən açıqlama
07 avqust 2025, 23:07
- ↺ +

11 yaşlı qıza zorakılıq edilib? - DİN-dən açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Bir neçə gün bundan öncə Tovuz rayonunun kəndlərindən birində 11 yaşlı qız uşağına qarşı 25 yaşlı həmkəndlisi tərəfindən mütəmadi olaraq seksual hərəkətlər olunduğu haqda məlumatlar yayılıb.

Qafqazinfo.аz xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva paylaşım edib.

O, bildirib ki, məsələ ilə əlaqədar azyaşlının yaxınları tərəfindən ona müraciət olunub. Jurnalist qeyd edib ki, sonuncu dəfə 30 iyulda uşaq evə gələrək qarın nayihəsində ağrılarının olduğunu bildirib. Bununla da hər şey məlum olub:

“Qeyd edək ki, uşaq anadan olandan anası tərəfindən imtina olunub, atası ilə yaşayıb, ata da başqa xanımla ailə qurub. 11 yaşlı qız uşağının yaxınlarının dediklərinə görə, uşağa qarşı cinsi seksual hərəkətlər edən 25 yaşlı qonşu oğlanın ailəsi maddi cəhətdən təminatlıdır”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə Regional qrupunun inspektoru polis mayoru Eşqin Qasımov redaksiyanın sorğusuna cavab olaraq bildirib ki, Tovuz rayonunda azyaşlıya qarşı törədildiyi iddia olunan hüquqazidd hərəkətlərlə bağlı yayılan məlumatlar nəzarətə götürülüb:

“İddialar üzrə prosessual araşdırmalara başlanılıb. Müvafiq ekspertizalar təyin olunub, bütün hallar araşdırma predmetidir. Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcəkdir”.

Məsələ ilə əlaqədar Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinə də sorğu ünvanlanıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu cavabında bildirib ki, hadisə ilə bağlı Tovuz Rayon Polis İdarəsi ilə əlaqə saxlayaraq məlumat alıblar:

“Tovuz Rayon Polis İdarəsindən bildirildi ki, iddialarla bağlı araşdırmalar aparılır, ekspertiza təyin olunub. Ekspertizanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Sabah tərəfimizdən aidiyyəti qurumlara rəsmi müraciət olunacaq”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:40

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün xəbərlər
Dünən, 14:52

Gəncədə atasını yuxudan oyadan oğul 25 gün həbsdə olacaq

Tarix
Dünən, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
10 oktyabr 2026, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
10 oktyabr 2026, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
10 oktyabr 2026, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
10 oktyabr 2026, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
10 oktyabr 2026, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
10 oktyabr 2026, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
10 oktyabr 2026, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
10 oktyabr 2026, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
09 oktyabr 2026, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
09 oktyabr 2026, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
09 oktyabr 2026, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
09 oktyabr 2026, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Oxşar xəbərlər