Gəncədə körpə qız xəstəxanada ölüb. Bu haqda 22 yanvar tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə xəstəxanaların birində qeydə alınıb. 10 aylıq körpə qızdırma ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, körpə qız dünyasını dəyişib.
Qeyd edək ki, bir müddət əvvəl A.Yusibova Sumqayıtda bağırsaqlarından əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır.