Gəncədə vəfat edən körpənin ölüm səbəbi bəlli olub. Bu haqda 22 yanvar tarixində Oxu.az-a istinadən xəbər veririk.
Bu gün səhər saatlarında 10 aylıq körpənin xəstəxanada dünyasını dəyişməsi barədə məlumat paylaşmışdıq. Məsələ ilə bağlı TƏBİB açıqlama verib.
Məlum olub ki, körpə ötən gün saat 2:29-da Abbas Səhhət adına Xəstəxanasının Uşaq İntensiv Terapiya Bölməsinə yerləşdirilib. A.Yusibovaya dəqiqləşdirilməmiş bağırsaq infeksiyası və sancı diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, uşaq saat 15:30-da vəfat edib.
Faktla bağlı araşdırma aparılır.