Gəncə təmsilçisi heyətini yeni oyunçu ilə gücləndirib. Bu haqda 7 oktyabr tarixində voleybol klubuna istinadən məlumat veririk.
“Gəncə” VK növbəti transfer edib. Komanda rusiyalı voleybolçu Anna Dmitrieva ilə birillik müqavilə imzalayıb.
İdmançı son mövsümü Rusiyanın “Peterburq-Qaz” komandasında keçirib.
Qeyd edək ki, yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” heyətini komplektləşdirmək üzrə işləri davam etdirir. Bundan öncə komanda bir sıra voleybolçularla müqavilə imzalayıb.