top
Gəncənin Məhəllə Məscidləri
Foto
22 fevral 2026, 19:00
- +

Gəncənin Məhəllə Məscidləri

Gəncə şəhəri deyildikdə ilk olaraq Cümə Məscidi və İmamzadə türbəsi kimi möhtəşəm dini abidələr yada düşür. Lakin şəhərin ruhunu daha yaxından hiss etmək istəyənlər üçün Gəncənin digər məhəllə məscidləri xüsusi bir səyahət təcrübəsi təqdim edir.

Gəlin bu məscidlərlə tanış olaq:

Qırxlı məscidi – 1650-ci ildə inşa edilib və bu gün məhəllə məscidi kimi dini fəaliyyət göstərir.

Zərrəbi məscidi – 1880-ci illərdə eyniadlı məhəllə sakinləri tərəfindən inşa edilib. Bu gün kitabxana və Gəncə Dövlət Dram Teatrının açıq səhnəsi kimi fəaliyyət göstərir.

Qazaxlar məscidi – 1801-ci ildə Qazaxdan köçürülmüş tayfalar tərəfindən inşa edilib. Bu gün məhəllə sakinləri üçün dini fəaliyyət göstərir.

Qızılhacılı məscidi – 1877-ci ildə eyniadlı məhəllə sakinləri tərəfindən inşa edilib və hal-hazırda 22 nömrəli filial kitabxana kimi fəaliyyət göstərir.

Hüseyniyyə məscidi – XIX əsrin ortalarında Qacar nəslindən olan Səbiya xanımın təşəbbüsü ilə inşa edilib. Bir zamanlar mədrəsə və "Nizami və Puşkin" adına kitabxana kimi fəaliyyət göstərib.

Ozan məscidi – 1884-cü ildə Ozan məhəlləsinin sakinləri tərəfindən tikilib. Hal-hazırda kitabxana kimi fəaliyyət göstərir.

Bala Bağman məscidi – 1885-ci ildə məhəllə sakinləri tərəfindən tikilib. Hal-hazırda həm kitabxana, həm də dini məkan kimi fəaliyyət göstərir.

Bundan başqa, Gəncədə Mollacəlilli, Toyuqçu, Şahsevənlər və Xəlfəli məscidləri də mövcuddur.

Gəncənin məhəllə məscidləri yalnız dini abidələr deyil — onlar şəhərin yaddaşı, mədəni kimliyi və səssiz tarix danışan canlı məkanlardır. Qərb bölgəsinə səyahət edən hər bir ziyarətçi bu məhəllə məscidlərini marşrutuna daxil etməklə Gəncəni daha dərindən tanıya bilər.

Mənbə: Gəncə Regional Turizm İdarəsi

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
19 sentyabr 2026, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Oxşar xəbərlər