top
Gəncənin İstiqlal bağı harada yerləşib
22 mart 2026, 15:53
- +

Gəncənin İstiqlal bağı harada yerləşib

1900-cü ildə Gəncəçayın sol sahili boyu uzanan ərazidə çar Rusiyasının imperatorunun adını daşıyan Aleksandr bağı salınıb. Bu bağ indiki Gəncə Dövlət Dram Teatrından Mürsəl ocağına kimi olan ərazini əhatə edirdi. Daha sonra isə bu bulvara "İstiqlal bağı" adı verilib.

Bağın bu cür adlandırılması Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə əlaqəlidir. Birinci Dünya müharibəsinin yekunları üzrə Parisdə uzun müddət davam edən Versal Sülh Konfransında siyasi xadim, Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında AXC-nin nümayəndə heyəti işirak edib. Onların fəaliyyəti nəticəsində 11 yanvar 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin müstəqilliyi tanındı. Bu xəbər teleqrafla Azərbaycana çatdırılan kimi Bakıda və Gəncədə bayram coşqulu yürüş və tədbirlər keçirildi. Cümhuriyyətin orqanı sayılan "Azərbaycan" qəzetinin 22 yanvar tarixli buraxılışında "Gəncədə istiqlal bayramı" adlı məqalənin sonunda belə bir yazı var idi: "Bu şərəfli gün münasibətilə... Gəncə şəhər İdarəsi Birinci Aleksandr adına olan bağı İstiqlal bağı adlandırmağa qərar verdi".

Sovet dövründə Gəncəçayın sağ sahili də xeyli yaşıllaşdırılmış və hər iki sahili əhatə edən ərazi "Sahil bağı" adlandırılıb.

Bu ərazidə Azərbaycanın tanınmış şəxsiyyətlərinin məzarları da yerləşir. Şair Abbas Səhhət 1918-ci ildə Gəncədə vəfat edərkən şəhərin Səbiskar qəbiristanlığında dəfn olunsa da, 1947-ci ildə onun nəşi bu bağın ərazisinə köçürülüb və burada büstü qoyulub. Bağdakı digər qəbir isə vaxtı ilə Gəncədə fəaliyyət göstərmiş hərbi pilotlar məktəbinin direktoru, təyyarəçilərin hazırlığı ilə məşğul olmuş polkovnik Leonid Vasilyeviç İvanovun qəbridir.

2017-ci ildə Gəncəçayın sağ sahilindəki hissə rekonstruksiyalar nəticəsində bulvar halına gətirilib, sol sahilin yaşıl ərazisi isə "Sahil bağı" adını qoruyub saxlayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Bu gün, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Bu gün, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Bu gün, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Bu gün, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Oxşar xəbərlər