top
Gəncənin qanlı tarixinin lal şahidi: Ozan məscidi
13 avqust 2021, 11:00
- +

Gəncənin qanlı tarixinin lal şahidi: Ozan məscidi

Ozan məscidi Gəncə şəhərinin Ozan küçəsində yerləşir. Bəzi mənbələrdə məscidin inşası 1884-cü ilə aid edilir, lakin məscidin iç qapısının üzərindəki ərəb yazısından məlum olur ki, Ozan məscidi 1786-cı ildə tikilib.

Məscid bir neçə dəfə dağıntılara və yanğınlara məruz qalıb. Belə hadisələrdən biri 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalına etiraz olaraq başlayan Gəncə üsyanı zamanı baş verib. Üsyançıların sayının artdığını görən bolşeviklər, ermənilərlə birgə müsəlman məhəllələrini top atəşinə tuturlar. Üsyan yatırıldıqdan sonra Ozan məhəlləsinin sakinləri cəzalara və işgəncələrə məruz qalmışdırlar. Qanlı toqquşmalarda 15 min insan qətlə yetirilmişdir.

Gəncə üsyanın şahidi olan gəncəli Məmməd Ibrahim oğlu Altunbəy 1989-ildə çıxan "Azadlığa uçan ilk türk" kitabında o günlərdən yazır: "Ən böyük faciə Ozan məscidindəydi... Açıq qalan qapı önündən keçərkən duyduğumuz dəhşətdən qanımız dondu. Məscidin ortasında yüzlərlə insanın yanğından qıvrılıb qalan cəsədi qorxunc bir mənzərə yaratmışdı... Diri-diri yandırılan məsum insanların qanı və yağı kömürləşən qapının altından çölə axırdı. Cəsədlər arasında necə olubsa yanmayan, fəqət qaralıb qalan əllər, əl və ayaq parçaları, saç hörükləri faciənin böyük dəhşətini daha da artırırdı... Küçənin o biri başında beş-altı erməni akkardion çalırdı."

Ozan məscidi eyni zamanda Hacı Abbaslı məscidi də adlandırılır. Bu ad məscidi öz hesabına inşa etdirən insanın adı ilə bağlıdır. Məscidin binasının minarəsi yoxdur və üstü günbəzli dördbucaqlı formaya malikdir. Məscidin tikintisində qırmızı kərpicdən istifadə olunub.

Məscid 1920-ci ilə qədər fəaliyyət göstərmişdir. Sovet dövründə məscidin fəaliyyəti qadağan olunmuşdur. Bir müddət burada korlar arteli və ərzaq mağazası yerləşdirilmişdir. 1979-cu ildə Ozan məscidi yenidən bərpa olunmuşdur. Məscid binasından  Nizami xatirə muzeyi, kitab mağazası kimi istifadə olunmuşdur. Məscidin binası hal-hazırda 15 saylı kitabxana kimi fəaliyyət göstərir.

[caption id="attachment_1012" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_1013" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_1015" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_1011" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Mənbələr:


  1. Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе.

  2. Sadıq Şükürov. Gəncənin tarixi abidələri.

  3. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası

  4. https://azertag.az/xeber/Ozan_mescidi_Qanli_tarixin_das_yadigari_VIDEO-952638

  5. https://haqqinda.az/M%C9%99scidl%C9%99r/6580-Ozan+m%C9%99scidi.html

  6. https://www.youtube.com/watch?v=GjlNScT9n-g


 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:58

Gəncənin bu xəstəxanasında palatalarda yer satılır? – İDDİA

Bütün xəbərlər
Bu gün, 17:16

Gəncəli Əməkdar artistdən aldığı qonorarın yüksək olduğunu deyənlərə CAVAB

Bütün xəbərlər
Bu gün, 16:41

"Təkrar ali və orta ixtisas təhsili" istiqaməti üzrə sənəd qəbulu başlayır

Bütün xəbərlər
Bu gün, 16:04

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 15:36

Gəncəli Əməkdar artist toyu 18 min manata aparır

Bütün xəbərlər
Bu gün, 15:03

Ata qızı telefonla oynadığı üçün döydü, qızı isə onu polisə verdi

Bizim fəxrimiz
Bu gün, 14:26

Gəncəliyə Ukraynada yüksək vəzifə verildi

Bütün xəbərlər
Bu gün, 13:51

Bankların "qara siyahısı"ndan necə çıxmaq olar?

Bütün xəbərlər
Bu gün, 13:00

Gəncə ilk dəfə bu MÖTƏBƏR TƏDBİRƏ ev sahibliyi edəcək

Bütün xəbərlər
Bu gün, 12:32

Ötən il 1008 nəfər boşandığı adamla yenidən evlənib

Bütün xəbərlər
Bu gün, 11:37

Bu imtahanların vaxtı MÜƏYYƏNLƏŞİB

Bütün xəbərlər
Bu gün, 11:03

Gəncədə veloyürüş keçirilib

Bütün xəbərlər
Bu gün, 09:49

Rütubət, çökən döşəmə, tökülən tavan: Gəncə bağçasında vəziyyət ağırdır

Bütün xəbərlər
Bu gün, 09:00

Gəncə küçələri yeni lampalarla işıqlandırılacaq

Bütün xəbərlər
Dünən, 17:21

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri

Bütün xəbərlər
Dünən, 16:00

Tiktoker qadın GƏNCƏLİLƏRİN yuxusunu haram edir – İDDİA

Bütün xəbərlər
Dünən, 15:14

AFFA təsdiqlədi - "Turan Tovuz" UEFA Konfrans Liqasından kənarlaşdırılıb

Bütün xəbərlər
Dünən, 14:35

Şəhid atası vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:02

Gəncədə hava isinəcək - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:17

Bu liseyin direktoru işdən çıxdı

Bütün xəbərlər
Dünən, 12:13

Tibdə süni intellekt üzrə kurslar keçiriləcək

Bütün xəbərlər
Dünən, 11:37

Gəncədə qəzalı vəziyyətdə olan novdanlar təmir edilir

Bütün xəbərlər
Dünən, 11:04

Gəncədə kişi boşanmaq istəyən arvadını bıçaqladı - YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 10:45

UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı

Oxşar xəbərlər