İyunun 5-də gözlənilən hava proqnozu açıqlanıb.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi dağlıq və dağətəyi ərazilərdə isə arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə saatlarında 15-19°, gündüz 27-32° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 7-12°, gündüz 15-19°, bəzi yerlərdə 21-25° isti gözlənilir.