Gəncədə kikboksinq üzrə Azərbaycan Birinciliyi keçiriləcək.
Gencexeber.az məlumat verir ki, 18–21 iyun tarixlərində Gəncə Olimpiya İdman Kompleksində kikboksinq üzrə 30-cu Azərbaycan Birinciliyi baş tutacaq. "Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı" devizi altında təşkil olunacaq yarışda ölkənin müxtəlif bölgələrindən 1000-ə yaxın idmançının iştirakı gözlənilir.
Yarışda 2009–2010-cu il təvəllüdlü gənclər, 2011–2012-ci il təvəllüdlü yeniyetmələr və 2013–2014-cü il təvəllüdlü yeniyetmə kadetlər iştirak edəcəklər.
İdman tədbiri Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Kikboksinq Federasiyası, həmçinin Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının dəstəyi ilə təşkil olunur.
Qeyd edək ki, kikboksinq üzrə Azərbaycan Birinciliyi ilk dəfə Gəncədə keçiriləcək.