top
Gəncənin bu xəstəxanasında palatalarda yer satılır? – İDDİA
04 iyun 2026, 17:58
- ↺ +

Gəncənin bu xəstəxanasında palatalarda yer satılır? – İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxana ilə bağlı şok iddialar səsləndirilib.

Gencexeber.az-a şəhər sakini Ramiz Hüseynov tərəfindən bildirilib ki, dayısı Bahəddin Mujipov gecə saatlarında təcili tibbi yardım avtomobili ilə adı çəkilən tibb ocağına gətirilib. Onun sözlərinə görə, sınıqları olan şəxsin yaxınlarına xəstəxanada boş yer olmadığı deyilib.

Ramiz Hüseynov iddia edir ki, bu səbəbdən xəstə gecəni dəhlizdə keçirməli olub. Habelə xəstəxanada palataların müəyyən məbləğ qarşılığında verildiyi bildirib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Gencexeber.az-a təqdim edilən açıqlamada bildirilib ki, 1967-ci il təvəllüdlü B.Mujipov 03.06.2026-cı il tarixində saat 02:20 radələrində tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxanaya həqiqətən hospitalizasiya olunub.

"Müayinə zamanı pasiyentə qabırğaların sınığı diaqnozu təyin edilib, ona zəruri tibbi xidmətlər göstərilib və Cərrahiyyə şöbəsində stasionar müalicəyə cəlb olunub.

Pasiyentə ümumi palatada (4 nəfərlik) yer təklif edilsə də, o, ümumi otaqda qalmaqdan imtina edərək fərdi yer tələb edib.

Həmin vaxt boş fərdi otaq mövcud olmadığından, tibb personalının izahat və tövsiyələrinə baxmayaraq, pasiyent palataya yerləşməyib və gecəni öz istəyi ilə dəhlizdə keçirib. Səhər saatlarında isə şöbədə palataya yerləşdirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə gündüz saatlarında bəzi otaqların boş görünməsi xəstəxananın iş rejimi ilə əlaqədardır. Belə ki, hər gün səhər saatlarında müalicəsi başa çatan xəstələr evə buraxılır, palatalar növbəti pasiyentlərin qəbulu üçün hazırlanır", - TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Əlavə olaraq faktla bağlı TƏBİB tərəfindən də araşdırma aparılır. Nəticələrə uyğun olaraq müvafiq addımlar atılacaq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Oxşar xəbərlər