Vətən müharibəsi şəhidi Elvin Əhmədovun atası Qələndər Əhmədov dünyasını dəyişib.
Modern.аz xəbər verir ki, mərhum iyunun 2-də Qazax rayonunun Qarapapaq kənd qəbirlistanlığında, şəhid oğlunun yanında torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Elvin Əhmədov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının giziri olub. O, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.