top
Bu gün AXC-nin ən gənc deputatının anadan olmasından 129 il keçir
28 fevral 2026, 15:18
- ↺ +

Bu gün AXC-nin ən gənc deputatının anadan olmasından 129 il keçir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rəhim bəy Əlağa oğlu Vəkilov 29 fevral 1897-ci ildə Gəncə qəzasının Yuxarı Salahlı kəndində (indiki Qazax rayonu) anadan olub.

Gencexeber.az məlumat verir ki, məktəb illərindən Vəkilov rəssamlığa həvəs göstərirdi, hətta çoxları onu gələcəyin böyük bir rəssamı kimi görürdü. Lakin sonunda Rəhim bəy siyasətçi, Cümhuriyyət parlamentinin ən gənc deputatı kimi tanınıb. 

1916-cı ildə Realnı məktəbi bitirdikdən sonra 9 saylı rus-tatar məktəbində müəllim kimi fəaliyyətə başlayır və tələbə təşkilatlarında fəal iştirak edib. Burada onun ilk milliyyətçi baxışları formalaşıb. Vəkilov 1918-ci ilin əvvəllərində Müsavat partiyasına daxil olub, burada siyasi işlər komissiyasının rəhbəri təyin olunub.

1918-ci il mayın 28-də Tiflis şəhərində "İstiqlal bəyannaməsi"nin mətnini hazırlayan və onu imzalayanlardan biri Rəhim bəy Vəkilov olub. Tiflisdə yeni yaranan dövlətin bütün lazımi işləri görüldükdən sonra hökumət öz fəaliyyətini daha da genişləndirmək üçün iyunun 16-da Gəncəyə köçüb. Burada Vəkilov Milli Şuranın katibi kimi siyasi fəaliyyətini davam etdirib. 

O, 7 dekabr 1918-ci ildə Azərbaycan parlamentində ən gənc deputat olaraq katib seçilib. Parlament debatlarında həmişə fəal iştirak edən Rəhim bəy problemlərlə tanış olmaq məqsədi ilə tez-tez Azərbaycanın müxtəlif bölgələrinə baş çəkib. "1920 il üçün Azərbaycan Respublikasının ünvan təqvimi" kitabında onun "Azərbaycan Respublikasının yaranma tarixi" adlı oçerki çap edilib. Bu, AXC tarixinə dair ilk əsərlərdəndir.

1920-ci ildəki sovet işğalından sonra Rəhim bəy siyasi fəaliyyətini gizli şəkildə davam etdirib. O, 1922-ci ilin sentyabrında savadını artırmaq məqsədi ilə BDU-nun şərqşünaslıq fakültəsinə daxil olub. Bununla yanaşı, Müsavat partiyasının işlərinə də rəhbərlik edib. 1923 və 1926-cı illərdə Vəkilov həbs olunaraq iki dəfə sürgün edilib.

Rəhim bəy Vəkilov SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təqib edildiyindən 1 mart 1934-cü ildə Kür çayının üzərindəki körpüdə tapança ilə özünü vuraraq intihar edib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
Bu gün, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
Bu gün, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Bu gün, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Bu gün, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Bu gün, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Bu gün, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Oxşar xəbərlər