top
Azərbaycan üzərində hökmran olan Gəncə qalası
21 avqust 2021, 16:00
- ↺ +

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə qalasının bir hissəsi, Gəncə şəhərinin mərkəzində Xan bağında yerləşir. Bu qala XVI-cı əsrdə Osmanlı-Səfəvi müharibələri zamanı tikilmişdir.

1587-ci ildə Gəncə Osmanlı imperiyası tərəfindən tutulmuşdur. Bundan sonra osmanlı komandiri Fərhad Paşanın əmri ilə səfəvilərdən müdafiə üçün Gəncə qalası inşa edilmişdir.

6 iyul 1606-cı ildə I Şah Abbas Gəncəni Səfəvi dövlətinin tərkibinə geri qaytarmışdır və şəhərin mərkəzini yeni Gəncə qalasına köçürmüşdür.

XVIII əsrin sonlarında qala, bu dönəmdə yaranmış Gəncə Xanlığının mərkəzinə çevrilmişdir.

3 yanvar 1804-cü ildə rus generalı Sisianovun ordusu Gəncə xanlığını işğal etmişdir. Sisianova görə "Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmran" idi. Məhz buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik idi. Bu qala rus generalı Nikolay Dubrovinin fikrincə bütün Azərbaycanda ən yaxşı hesab edilirdi.

Gəncə qalasına dair ümümi məlumat rus qoşunlarının yürüşü zamanı yaradılmış üç plana əsasən mövcüddur. Rus generalı V.A.Zubovun "Gəncə qalası 24 fevral 1797-ci il" ilk planı 1796-1797-ci illərdə generalın korpusu tərəfindən yaradılmışdır. Daha sonra ikinci və üçüncü "Gəncə qalası" planları yaradılmışdır və onlar da ilk planla oxşar idilər.

Plana əsasən Qala düzənsiz altıbucaqlı forma daşıyırdı və küncləri döyüş qüllələri ilə tamamlanırdı. Şərq və qərb divarlarında iki qapı var idi. Gəncə qalasının iki sıra divarı var idi. Qalanın mərkəzi hissəsində xanın iqamətgahı yerləşdirdi. Qalanın daxilində həmçinin fəvvarələr olan həyətlər və onları əhatə edən kiçik binalar var idi.

Qalanın xaricində geniş bağlar var idi. Bu bağlardan biri dövrümüzə çatmış və qədimdə yalnız xan ailəsi və onların qonaqlarının dincəldiyi "Xan bağı"dır. Planda qeyd olunan üç yol qalaya aparırdı "Şuşaya gedən yol", "İrəvana gedən yol" və "Kür çayına və Tiflisə gedən yol."

Bu planda əsas diqqət çəkən, böyük ərazini tutan "Xan heyvanxanası"dır. Xan heyvanxanasında vəhşi heyvanlar saxlanılırdı və xan ailəsi üzvlərinin burada ovla məşğul olduqları ehtimal olunur.

[caption id="attachment_1381" align="alignnone" width="300"]Gəncə qalası haqqında məlumat,gəncə qalası,gəncə qalası haqqında araşdırma,gence qalasi,gence qalasi haqqinda melumat,gence qalasi haqqinda arasdirma,gəncə qalasi,gence qalası,gence qalası haqqında məlumat,gence qalasi haqqinda,gəncə qalasi haqqında məlumat,gence kalesi resimleri,gəncə xanlığı haqqında məlumat,gəncə xanlığı haqqında araşdırma,gəncə qalasi haqqinda melumat Foto Gencexeber.az[/caption]

Gəncə qalası haqqında məlumat,gəncə qalası,gəncə qalası haqqında araşdırma,gence qalasi,gence qalasi haqqinda melumat,gence qalasi haqqinda arasdirma,gəncə qalasi,gence qalası,gence qalası haqqında məlumat,gence qalasi haqqinda,gəncə qalasi haqqında məlumat,gence kalesi resimleri,gəncə xanlığı haqqında məlumat,gəncə xanlığı haqqında araşdırma,gəncə qalasi haqqinda melumat

Mənbələr:


  1. М. М. Альтман - Исторический очерк города Гянджи, 1949

  2. Л. Бретаницкий, А. Саламзаде (1960) - Кировабад

  3. А. Саламзаде - Архитектура Азербайджана XVI-XIX вв.

  4. Шамиль Фатуллаев-Фигаров - Градостроительство и архитектура Азербайджана XIX- начала XX века

  5. Дубровин Н. Ф. Закавказье от 1803-1806 года : [историческое исследование]. - СПб., 1866

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
Dünən, 17:34

Şəmkirli generalla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox…

Bütün xəbərlər
Dünən, 17:00

Gəncə karateçiləri 8 medal QAZANDILAR

Bütün xəbərlər
Dünən, 16:34

Gəncədə küçələrdən birinə şəhid Rəhman Dünyamalıyevin adı verildi

Bütün xəbərlər
Dünən, 16:04

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bütün xəbərlər
Dünən, 15:52

Gəncədə Borçalı köçkünlərinin tikdiyi Qızılhacılı məscidi

Bütün xəbərlər
Dünən, 15:18

Gəncədə daha bir məhəllə AĞ GÜNƏ çıxdı

Bütün xəbərlər
Dünən, 14:44

Sabah yüksək dağlıq ərazilərə qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:19

Gəncəçay çayının məcrası TƏMİZLƏNİB

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə oğlanların sayı qızları ÜSTƏLƏYİR

Bütün xəbərlər
Dünən, 12:43

Qadının döyülməsində şübhəli bilinən QAYIN axtarılır – DİN

Bütün xəbərlər
Dünən, 12:15

Hərbi hissəni özbaşına tərk edənlər cərimələnəcək

Bütün xəbərlər
Dünən, 11:53

Reper Navai azadlığa buraxıldı

Bütün xəbərlər
Dünən, 10:34

Evə gec gəldiyinə görə döyülən qadın ərini bağışladı

Bütün xəbərlər
Dünən, 09:33

ATU-da günəş panelli işıq dirkləri quraşdırılıb

Bütün xəbərlər
Dünən, 09:04

Bu yolayrıcı DİQQƏTSİZLİYİ BAĞIŞLAMIR

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

20 oktyabr 2020: Vətən Müharibəsinin 24-cü günü

Bütün xəbərlər
19 oktyabr 2026, 16:49

Gəncədə magistral yolda işıqlandırmanın olmamasının SƏBƏBİ

Bütün xəbərlər
19 oktyabr 2026, 16:25

Sahibsiz itləri daşlayanlar Gəncə məktəbliləri imiş…

Bütün xəbərlər
19 oktyabr 2026, 16:15

Küçədə öyüş söyən idarə rəisi işdən çıxarıldı

Bütün xəbərlər
19 oktyabr 2026, 15:43

Sabah dolu düşəcək, şimşək çaxacaq - PROQNOZ

Bütün xəbərlər
19 oktyabr 2026, 14:25

Gimnastlarımız beynəlxalq yarışdan 6 medalla Gəncəyə qayıdırlar

Bütün xəbərlər
19 oktyabr 2026, 13:39

"Kəpəz" – "Zirə" görüşünü 14 minə yaxın azarkeş İZLƏYİB

Oxşar xəbərlər