top
Gəncə zəlzələsindən 882 il ötür
30 sentyabr 2021, 15:45
- +

Gəncə zəlzələsindən 882 il ötür

 Atabəylər dövlətinin Azərbaycan ərazisinə hökmranlığı dövrdə (1136-1225-ci illər), 30 sentyabr 1139-cu ildə Gəncə və onun ətraf bölgələrində, 9 ballıq zəlzələ baş verib. Bu təbii fəlakət nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və nəticədə Göygöl, Maralgöl, Ceyrangöl və s. göllər yaranıb. Zəlzələdən sonra Gəncə yenidən, dağılmış şəhərdən, şərqdə salınıb.

Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi Mxitar Qoş bu zəlzələni belə təsvir edib: "...(30 sentyabr 1139-cu il, şənbə günü) Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı".

Ərəb tarixçisi İbn əl-Əsir zəlzələ haqda yazmışdır: "534-cü ildə (1139) Gəncədə, Azərbaycan və Arranın başqa dairələrində zəlzələ oldu. Lakin ən güclü zəlzələ Gəncədə baş verdi. Orada çoxlu evlər dağıldı və saysız-hesabsız əhali həlak oldu".

Tarixçi Ziya Bünyadov "Azərbaycan Atabəylər dövləti" kitabında həlak olanların sayından yazmışdır: "Gəncədə zəlzələ zamanı həlak olanların sayı bir məlumata görə, 230 min nəfər, başqa məlumatlara əsasən isə 300 min nəfərə çatır. Həm İbn əl-Əsir, həm də Əl-İsfahani (alim) bu dəhşətli zəlzələnin demək olar ki, müasirləri olmuş və hətta onlar əgər həlak olanların sayını ikiqat artırsalar belə, yenə də rəqəm 150 min nəfərə yaxın olur. Əgər şəhər əhalisinin yarısının həlak olduğunu fərz etsək, onda heç bir şübhə yoxdur ki, Gəncədə həmin dövrdə 300 mindən çox əhali var imiş".

Atabəylər dövlətinin canişini, Qara Sunqur, az müddətdə əhalinin köməyi ilə şəhəri bərpa etdi. Zəlzələnin dağıntıları 2-3 il ərzində aradan qaldırıldı. Ziya Bünyadov yazmışdır ki, əgər zəlzələ zamanı Gəncə əhalisinin yarıdan çoxu həlak olsaydı, bu bərpa işləri mümkün olmazdı.

Azərbaycan arxeoloqu və etnoqrafı İshaq Cəfərzadə qeyd edir ki, zəlzələnin dağıntıları gəncəlilər tərəfındən ləğv olunmuşdu və sağ qalanların sayı həlak olanların sayından az deyildi.

Mənbələr:


  1. Ziya Bünyadov. Azərbaycan Atabəylər dövləti. 1136-1225-ci illər. Bakı-2007.

  2. М. М. Альтман. Исторический очерк города Гянджа. Баку-1949.

  3. Г. Гумматов. Б. Багиров. Кирововад. Баку-1969.

  4. https://www.fhn.gov.az/?aze/menu/62/20

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:02

"Gəncə" üç voleybolçusu ilə vidalaşıb

Bütün xəbərlər
Dünən, 14:39

İri müəssisəyə işçilər tələb olunur

Bütün xəbərlər
Dünən, 14:05

Sabah Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:59

Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

Bütün xəbərlər
Dünən, 12:02

Media subyektlərinə nəzarət bu quruma həvalə edilir

Bütün xəbərlər
Dünən, 11:18

Gəncədə sürücü "Yol ver"ə məhəl qoymadı - Mənzil başına çatmadı

Bütün xəbərlər
Dünən, 11:10

Körpə qızdırmadan ölüb

Bütün xəbərlər
Dünən, 10:38

Gəncədə maraqlı görüntülər: Küçə işıqları gündüz yanır, gecə söndürülür

Bütün xəbərlər
Dünən, 10:05

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi

Bütün xəbərlər
Dünən, 09:38

İkinci ali təhsil: Bu ixtisası seçənlər hər il 7600 manat ödəyəcəklər

Bütün xəbərlər
15 iyun 2026, 14:31

"Turan Tovuz" Xorvatiya klubunun futbolçusu ilə maraqlanır

Bütün xəbərlər
15 iyun 2026, 12:53

Sabah Gəncədə 32 dərəcə isti olacaq

Bütün xəbərlər
15 iyun 2026, 11:48

FHN: Ötən həftə 494 yanğına çıxış olub

Bütün xəbərlər
15 iyun 2026, 10:29

61 yaşlı kişi evinin həyətində ölü tapıldı

Bütün xəbərlər
15 iyun 2026, 09:57

Gəncəli bloqerin bacısı qəzada vəfat etdi

Bütün xəbərlər
15 iyun 2026, 00:01

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Bütün xəbərlər
14 iyun 2026, 23:11

Prezident sosial şəbəkə hesablarında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Bütün xəbərlər
14 iyun 2026, 23:07

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
14 iyun 2026, 11:00

Gəncəli bəstəkarın doğum günüdür

Bütün xəbərlər
13 iyun 2026, 14:05

Gəncədə 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
13 iyun 2026, 12:47

Sürücülərə MÜRACİƏT

Bütün xəbərlər
13 iyun 2026, 11:36

Bu ilin 5 ayında 50 minə yaxın qan donoru qeydiyyata alınıb

Bütün xəbərlər
13 iyun 2026, 09:55

Emin Əmrullayev Gəncədə "Son zəng" mərasimində iştirak edir

Bütün xəbərlər
13 iyun 2026, 09:35

Magistral yolda qəza oldu, 25 yaşlı oğlan öldü

Oxşar xəbərlər