top
Həbsdə olan keçmiş direktor yenidən məhkəmə qarşısında
02 sentyabr 2025, 12:12
- ↺ +

Həbsdə olan keçmiş direktor yenidən məhkəmə qarşısında

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tovuz Peşə Liseyinin keçmiş direktoru Tanrıverdi Tanrıverdiyevin barəsindəki qərardan yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.аz xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 2-nə təyin edilib.

İttihama görə, T.Tanrıverdiyev təhsil nazirinin müvafiq əmri ilə 6 iyun 2016-cı il tarixdə həmin liseydə direktor vəzifəsinə təyin olunub. O, qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus 69.418 manat pulu talayıb, tamah və şəxsi niyyətlə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Agentliyin pul vəsaitini aidiyyəti üzrə düzgün yönləndirməyib və təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub. T.Tanrıverdiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək dərs yüklərini ixtisas fənləri üzrə bölünməsinin direktor müavinin yazdığını, dərs saatlarının bölünməsi isə direktorun əmri ilə rəsmiləşdirildiyini bildirib. Pandemiya dövründə müəyyən müəllimlərin işsiz qalmaması üçün bir neçə müəllimə dərnək məşğələsi kimi 100-150 saat əlavə dərs saatının verilməsini tapşırıb.

Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, apellyasiya protestini isə qismən təmin edib. Hökmdən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib və o, 6 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınıb. Ali Məhkəmənin qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli mülki iddiaya (191 994,98 manat) aid hissə dəyişdirilib. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı olan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin mülki iddiası təmin оlunub. Ali Məhkəmənin hesabında saxlanılan 10 000 manat və Baş Prokurorluğun depozit hesabında saxlanılan 15 000 manat iş üzrə təmin olunmuş mülki iddiaya hesablanmaqla sözügedən Peşə Liseyinin hesabına köçürülməsi barədə qərar çıxarılıb. 

Qərarda qeyd edilib ki, təqsirləndirilən şəxsdən 166 994,98 manat pul tutularaq Peşə Liseyinin hesabına köçürülsün. Mülki iddianın təmini məqsədi ilə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə T.Tanrıverdiyevin Tovuzdakı mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsi və Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi və Tovuz rayonu Abulbəyli kəndindəki 0.2862 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılıb.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Oxşar xəbərlər