top
Dayısı oğluna gücü çatmadı, hirsini bacısından çıxdı
15 fevral 2026, 19:00
- ↺ +

Dayısı oğluna gücü çatmadı, hirsini bacısından çıxdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1998-ci il təvəllüdlü Cəlal bacısı Naziləyə (adlar şərtidir) xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, hadisə Samux rayonunun kəndlərinin birində baş verib. Cəlal yaşadığı evdə bacısı Nazilə ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb və dava zamanı əlində olan taxta parçası ilə onun hər iki qollarına, hər iki bud və bədənin müxtəlif nahiyələrinə bir necə dəfə zərbə endirib. 

Cəlalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, hadisədən 2-3 gün əvvəl Rusiyada yaşayan dayısı oğlu Əmrahla telefon danışığı zamanı bacısı Nazilə onun evdə səs-küy saldığını, ev əşyalarını satdığını və münaqişə yaratdığı barədə məlumat verib: "Bu səbəbdən Əmrah mənə öz iradını bildirdi. Əmrah məndən yaşca böyük olduğuna görə ona bir daha evdə münaqişə yaratmayacağım barədə söz verdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra yaşadığı evdə olan zaman bacısı Nazilə və anası evə gəlib: "Anamdan nə üçün mənim qeybətimin aparılmasını soruşdum. Bacıma isə nə üçün barəmdə dayım arvadına söz dediyini irad bildirdim. Bacım isə dayım arvadına heç bir söz demədiyini söylədi. Bu zaman bacımın yalan danışmasına əsəbiləşdim və nə üçün evinin sirrini, söhbətimi kiminsə bilməsinə şərait yaratdığını dedim. Daha sonra yerdə olan taxta parçasını əlimə alaraq bacımın üstünə getdim, hər iki qollarına, ayaqlarına və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq döydüm. ".

Cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də onu bağışlayıb, şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Oxşar xəbərlər