Gəncədə küçələrdən birinə su və kanalizasiya xətləri çəkilir. Bu haqda Gencexeber.az-a 6 oktyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Zülfü Hacıyev küçəsindən gedir. Əraziyə “Maqro” şirkətinin canlı qüvvə və texnikası cəlb olunub. Avtomobil yolunun bir hissəsi qazılıb və hərəkət qismən məhdudlaşdırılıb.
Adıçəkilən küçəyə yeni su və kanalizasiya xətləri çəkiləcək.