Gəncədə gənclər arasında müsabiqə keçirilib. Bu haqda 12 oktyabr tarixində GDU-ya istinadən məlumat veririk.
Gənclər arasında Vətən müharibəsində əldə etdiyimiz qələbəyə həsr olunmuş "Zəfər Yolu" İntellektual Oyunlar Festifalı baş tutub. Burada şəhər üzrə müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Bilik yarışması iki mərhələdən ibarət olub. İntellektual oyunun final mərhələsində Gəncə Dövlət Universitetinin "400" komandası qalib gəlib. II yeri Azərbaycan Texnologiya Universitetinin "Mindhunters", III yeri isə Azərbaycan Dövlət Aqrar Universitetinin "Cahillər və Vurğun" komandaları tutub.
Qaliblərə kubok, sertifikat və pul mükafatı təqdim olunub.