Gəncədə növbəti aksiya təşkil olunacaq. Bu haqda 27 oktyabr tarixində ASAN Könüllülərinə istinadən məlumat veririk.
“Bir ümid də siz olun” devizi altında baş tutacaq qanvermə aksiyası Zəfər Günü ilə əlaqədar olaraq keçiriləcək. Aksiya 6 saylı Bakı "ASAN xidmət" mərkəzi könüllülərinin təşəbbüsü və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) dəstəyi ilə təşkil olunacaq.
Sosial təşəbbüs 2 noyabr tarixində saat 10:00-dan 17:00-dək 1 saylı Gəncə Regional ASAN xidmət mərkəzində baş tutacaq.
Məqsəd Vətən müharibəsində ərazi bütövlüyümüz, əmin-amanlığımız uğrunda qan tökmüş şəhidlərimiz və qazilərimizin xatirəsini əbədi yaşatmaqdır.