Gəncədə yeraltı keçidlərin biri qaranlıqda qalıb. Bu haqda Gencexeber.az-a 3 iyun tarixində məlumat daxil olub.
Sözügedən hal Mərkəzi Univermağın yanında yerləşən keçiddə müşahidə olunur. Sakinlərin sözlərinə görə, yeraltı keçidin bir hissəsi işıqlandırılmır.
“Hava qaralandan sonra keçiddən keçmək çətinləşir. Ərazi qaranlıq olur”, - deyə sakinlər bildiriblər. Onlar keçidin işıqlandırılmasını istəyirlər.