Gəncədə quyu örtükləri yenilənib. Bu haqda Gencexeber.az-a 15 iyul tarixində məlumat daxil olub.
Ötən gün şəhərin Heydər Əliyev prospektində aparılan asfaltlama işləri barədə məlumat vermişdik. Bu gün səhər saatlarında əraziyə canlı qüvvə cəlb olunub.
Yeni asfalt örtüyü salındığı üçün quyular yol səthindən aşağıda qalıb. Bu səbəbdən prospekt boyunca lüklərin qapaqları yeniləri ilə əvəzlənib.