Gəncədə iki küçədə su təchizatı ilə bağlı problem yaranıb. Bu haqda 18 oktyabr tarixində Gancapost-a istinadən xəbər veririk.
Bu hal Şıxzamanlı qəsəbəsindəki Rəhim Hüseynov və Azərbaycan küçələrində müşahidə olunur. Adıçəkilən ərazilərdə yaşayan sakinlər su təchizatından narahatdırlar.
“Şəhərin bu hissəsinə Gəncə Dəmir yolu Su İdarəsi cavabdehdir. Su gün ərzində bir dəfə və bircə saatlıq verilir, o da kifayət etmir. Biz məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etmişik, amma nəticə əldə olunmayıb”, -deyə onlar bildiriblər.