Gəncədə konsert proqramı təşkil olunacaq. Bu haqda 14 iyul tarixində Gəncə Dövlət Filarmoniyasına istinadən məlumat veririk.
Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 20 iyul saat 18:00-da təşkil olunacaq. Burada “Xəmsə” estrada ansamblının üzvləri qonaqlar qarşısında çıxış edəcəklər.
Ansamblın bədii rəhbəri Şəhriyar Tağıyev, musiqi tərtibatçısı isə Elvin İsgəndərovdur.
İştirak etmək istəyən şəxslər biletləri Filarmoniyanın kassalarından əldə edə bilərlər.